Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aİ-nin Monitorinq Missiyası Azərbaycan - Ermənistan sərhədində patrul fəaliyyətini artırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Aİ-nin Monitorinq Missiyası Azərbaycan - Ermənistan sərhədində patrul fəaliyyətini artırıb

Aİ-nin Monitorinq Missiyası Azərbaycan - Ermənistan sərhədində patrul fəaliyyətini artırıb


Bu gün Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir.

Bu barədə missiyanın "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edilib.

Bildirilib ki, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb.

"Missiya Qafan, Gorus, Cermuk, Yeğeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir", - deyə əlavə edilib.

Xatırladaq ki, ötən il 21 fevral tarixində Avropa İttifaqının (Aİ) Ermənistana göndəriyi mülki missiya (EUMA) fəaliyyətə başlayıb. Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək. Missiyanın ilkin mandatı iki ili əhatə edir.

Geri dön