Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədri, Millət Vəkili Fərəc Quliyev başsağlığı verib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > MDHP sədri, Millət Vəkili Fərəc Quliyev başsağlığı verib.

MDHP sədri, Millət Vəkili Fərəc Quliyev başsağlığı verib.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimovun vəfatı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Azərbaycan elminin inkişafında, ziyalı mədəniyyətinin formalaşmasında misilsiz xidmətlər göstərmiş Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimovun vaxtsız vəfatı məni və rəhbərlik etdiyim partiya fəallarını çox sarsıdıb. Öz sadəliyi, xeyirxahlığı ilə bir çoxlarına həmişə nümunə olan Mahmud bəyin Azərbaycan elminə verdiyi töhfələr və on iki il müddətində AMEA-ya rəhbərlik etdiyi dönəmdə elm adamlarının nailiyyətləri danılmaz faktdır. Böyük itki ilə bağlı olaraq Mahmud bəyin ailəsinə, elm aləminə və bütün Azərbaycan xalqına başsağlığı verirəm.”


Allah rəhmət eləsin!

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
Millət Vəkili Fərəc Quliyev

Geri dön