Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı “Tripadvisor” tərəfindən kulinariya şəhərləri sırasına daxil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bakı “Tripadvisor” tərəfindən kulinariya şəhərləri sırasına daxil edilib

Bakı “Tripadvisor” tərəfindən kulinariya şəhərləri sırasına daxil edilib


Bakı məşhur səyahət platforması sayılan “Tripadvisor” tərəfindən aparılan reytinq cədvəli üzrə dünyanın “Ən yaxşı kulinariya destinasiyası” nominasiyasında 20 ölkə arasında 13-cü yerdə qərarlaşıb.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Ümumi olaraq platrforma tərəfindən “Səyahətçilərin seçimi - Ən yaxşıların yaxşısı” nominasiyası üzrə son 12 ay ərzində istifadəçilər tərəfindən tövsiyə olunan hotel, restoran və digər kateqoriyalar üzrə reytinq cədvəlləri tərtib olunub. Reytinq cədvəllərinə “Tripadvisor” platformasında olan 8 milyondan çox səyahət üzrə məkandan yalnız 1%-i düşə bilib.

Qeyd edək ki, “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir.



Geri dön