Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pakistan İrana raket zərbələri endirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Pakistan İrana raket zərbələri endirib

Pakistan İrana raket zərbələri endirib


Ötən gecə Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə bir neçə raket zərbəsi endirməsi nəticəsində 7 nəfər ölüb.

Bunu İranın Sistan və Bəluçestan vilayəti valisinin müavini Əlirza Mərhəməti deyib.
Ə.Mərhəmətinin sözlərinə görə, yerli vaxtla 4:30-da raket zərbələrinin endirilməsi nəticəsində bir neçə partlayış baş verib.

Mərhəməti bildirib ki, partlayışlarda İran vətəndaşları olmayan 3 qadın və 4 uşaq ölüb.

Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib.

Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.

Geri dön