Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada atom elektrik stansiyasında buxar sızması baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Yaponiyada atom elektrik stansiyasında buxar sızması baş verib

Yaponiyada atom elektrik stansiyasında buxar sızması baş verib


Yaponiyanın Fukui prefekturasında yerləşən Takahama atom elektrik stansiyasının turbin hissəsinin boru kəmərlərindən birində buxar sızması baş verib.

Bu barədə “Kansai Electric Power” enerji şirkəti məlumat yayıb.

Hadisə nəticəsində stansiyada və onun ətrafında radiasiya səviyyəsində artım olmadığı vurğulanıb. O da qeyd edilib ki, sızıntı stansiyanın fəaliyyətinə birbaşa təsir göstərməyib. Hazırda enerji şirkətinin mütəxəssisləri hadisənin başvermə səbəblərini araşdırır.

Şirkətdən verilən məlumata görə, sızmanın müəyyən edilməsi və aradan qaldırılması üzrə texniki işlərin aparıldığı müddətdə stansiyanın istehsal etdiyi elektrik enerjisinin həcmi 40 faiz azalacaq.

Geri dön