Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermənin son vaxtı açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyədə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermənin son vaxtı açıqlanıb

Türkiyədə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermənin son vaxtı açıqlanıb


Türkiyə parlamenti çərşənbə axşamı, yanvarın 23-də İsveçin NATO-ya daxil olması ilə bağlı səsvermə keçirə bilər.

Bu barədə CNN Türk məlumat yayıb.

Telekanalın məlumatına görə, İsveçin NATO-ya daxil olması ilə bağlı protokol parlamentin gündəliyinə daxil ediləcək. Parlament müzakirələrindən sonra İsveçin NATO-ya üzvlüyünü nəzərdə tutan protokolun səsverməyə çıxarılacağı gözlənilir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Macarıstanın İsveçin alyansa daxil olmasını tezliklə ratifikasiya edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Stokholmun üzv olması NATO-nu daha da gücləndirəcək.

Rusiya və Ukrayna arasında hərbi münaqişənin başlanması fonunda İsveç və Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Helsinki 2023-cü ilin aprelində rəsmi olaraq bloka üzv olub. İsveç Türkiyə ilə fikir ayrılıqları da daxil olmaqla, hələ də alyansa qoşulmayıb.

Geri dön