Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Premyer Liqası: “Kəpəz” “Turan Tovuz”u məğlub etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan Premyer Liqası: “Kəpəz” “Turan Tovuz”u məğlub etdi

Azərbaycan Premyer Liqası: “Kəpəz” “Turan Tovuz”u məğlub etdi


Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu baş tutub.

Günün son matçında "Kəpəz" Qəbələ şəhər stadionunda "Turan Tovuz"u qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 4-cü dəqiqədə qonaqların heyətində Ayxan Quseynov açıb. Gəncə təmsilçisi 25-ci dəqiqədə Şakir Seyidovla tablodakı rəqəmləri bərabərləşdirib. Oyunda yekun hesabı Martins Junior müəyyənləşdirib.

Günün əvvəlki matçında "Səbail" və "Zirə" qolsuz heç-heçə edib.

Qeyd edək ki, turun açılış oyununda "Sabah" və "Neftçi" qolsuz sülhə razılaşıb. Tura yanvarın 23-də keçiriləcək "Qəbələ" - "Sumqayıt", "Qarabağ" - "Araz-Naxçıvan" matçları ilə yekun vurulacaq.

Geri dön