Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hakan Fidan ABŞ dövlət katibinin müavini ilə Türkiyə-ABŞ münasibətlərini müzakirə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Hakan Fidan ABŞ dövlət katibinin müavini ilə Türkiyə-ABŞ münasibətlərini müzakirə edib

Hakan Fidan ABŞ dövlət katibinin müavini ilə Türkiyə-ABŞ münasibətlərini müzakirə edib


Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla Türkiyə-ABŞ münasibətlərini müzakirə edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi paylaşım edib.

Strateji Mexanizm görüşü zamanı keçiriləcək hərtərəfli məsləhətləşmələrdə regional və beynəlxalq məsələlər, Türkiyə-ABŞ münasibətləri ilə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xarici işlər nazirinin müavini Əhməd Yıldız, X-dəki paylaşımında Nuland ilə görüşdüklərini və Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

Məlumat üçün qeyd edək ki, Nuland Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində Türkiyəyə gəlib.

Geri dön