Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Qəbələ" "Araz-Naxçıvan"la, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > "Qəbələ" "Araz-Naxçıvan"la, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək

"Qəbələ" "Araz-Naxçıvan"la, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək


Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Növbəti oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq. Günün digər matçında isə "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. Görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 finalın cavab matçları 8-9 fevral tarixlərində oynanılacaq.

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
“Kapital Bank Arena”

Geri dön