Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvanda gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Naxçıvanda gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açıldı

Naxçıvanda gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açıldı


Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirilib. Aparılmış təhlillər nəticəsində Türkiyə Respublikası ilə sərhədin Sədərək-Dilucu arasındakı hissəsində vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvar ayının 30-dan etibarən sözügedən ərazidə yeni marşrut təşkil edilib.

İstifadəyə verilmiş marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcəkdir.

Xatırladaq ki, sərnişinlər Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində qalırdılar. Bu istiqamətdə yeni marşrutun salınması sərnişinlərin rahatlığının təmin edilməsi ilə yanaşı, həmçinin ictimai nəqliyyatla sürətli gediş-gəlişinə də şərait yaradacaqdır.

Geri dön