Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə, Suriyada vətəndaş savaşı və kürd problemi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, DAVAMın yazıları > Türkiyə, Suriyada vətəndaş savaşı və kürd problemi

Türkiyə, Suriyada vətəndaş savaşı və kürd problemi


BOP planının strateji hədəflərində Türk Dünyasına qarşı zərbələrin anatomiyası

1890-cı illərin ortalarında ABŞ prezidenti Vudri Vilsonun hazırladığı planlardan biri də Orta Doğunun Qərbin maraqları üzrə idarə edilməsi idi. Belə ki, Osmanlı İmperiyasının çökməsi, xilafətin idarəsində olan ərazilərdə yerli xalqları türklərə qarşı yönəltmək bu hədəflərin tərkib hissəsi sayılırdı. 20-ci yüzilin ilk rübündə İngiltərə, Fransa, Hollandiya, ABŞ, Belçika, İtaliya və digər dövlətlər neftə zəngin olan Orta Doğunu nəzarətə almaq, onları türklərin təsir dairəsindən qurtarmaq üçün yeni inzibati vahidlərin yaradılmasına başladılar. Anadolu torpaqlarına qədər sıxışıdırılan türklər indiki Suriya və İraqdakı türk torpaqlarını belə itirməklə üzləşdilər. Kərkük və Hələb vilayətləri beləcə Suriya və İraqın ərazisində qaldı. 2003-cü ildən Orta Doğuda başlanılan BOP (Böyük Orta Doğu) projesi siyasətinin nəticəsində Qərb Türk Dünyasına qarşı ənənəvi metodologiyasını tətbiq etməyə başlamışdır.

“Ərəb Baharı” kodu ilə Türkiyəni çökdürmək planı

2003-cü ildə diktator Səddam Hüseyn rejiminin devrilməsi üçün hərbi əməliyyatlara başlayan “Müttəfiq Qoşunlar” bir tərəfdən İraqa daxil oldularsa, digər yandan ölkənin zəngin neft və qaz yataqlarını ələ keçirdilər. Bölgənin asanlıqla idarə olunması üçün, “Şiə İraqı”, “Sünnü İraqı” və “Kürdüstan Muxtariyyəti” inzibati ərazilər yaradıldı. İndi faktiki olaraq, İraqda hər üç yöndə yerli bələdiyyələr, parlament və hökumət məhz bu prinsiplə idarə olunur. İraqda yaşayan və 3 milyondan artıq əhalisi olan türkmanların isə hüquqları qəti şəkildə tanınmır. “İraq Türkman Cəbhəsi” təşkilatının açıqlamasında belə qeyd xüsusilə diqqət çəkir: “BMT və ABŞ, eləcə də Müttəfiq Qoşunlara bağlı stukturlar İraqda əhalinin sayını hesablayarkən türkmanların sayını gizlətmiş və kənd yerlərində yaşayan bütün türkmanları milliyyət qrafikində “kürd” kimi qələmə vermişlər. Beləliklə 3 milyonluq türkman İraqda azsaylı əhali olaraq tanınır. Məhz bu faktordan yararlanaraq, türkmanların ərazisində “Kürdüstan Milli Muxtariyyəti” adlı qurum yaradılmışdır”.

Müşahidələrə görə Quzey İraq ərazisində türkmanların sayını az göstərməklə kürdlərin 5 milyon 500 min nəfər olduğu qeyd olunur. Nəticədə Süleymaniyyə,Kərkük, Mosul, Ərbil kimi iri şəhərlər kürdlərin nəzarətinə keçib. Halbuki, “Kürd Milli Muxtariyyəti” adı altında ötən 10 il ərazində qazanan tərəf Qərb və onlara bağlı neft şirkətləri olmuşdur. Gurani, sorani, kurmançı və digər kürd əşirətlərinin milli konsolidaisya problemləri hələ də yaşanmaqdadır. Tarixdə ortaq kürd ədəbi dili, idarə etmə, dövlətçilik kimi anlayışlar kürdlər arasında əşirət təfəkkürünə bağlı olduğu üçün, bu toplumun konsolidasiya olunması da qeyri mümkündür. Belə bir ərəfədə Türkiyənin Güney Doğu və Ağrı Dağı çevrəsindəki vilayətlərdə süni şəkildə kürdlərin hərəkətə keçməsi, ölkəni vətəndaş savaşına sürükləmək təşəbbüsləri əslində 1918-1920-ci illərdə yaşanan ssenarilərin yeni məzmunda gündəmə gəlməsilə müşahidə olunur. Türkiyə Kərkük və Hələb vilayətləri uğrunda bütün gücünü səfərbər etdiyi zaman, gözlənilmədən ölkə daxilində kürdlərə məxsus əşirətlərin üsyanları ortaya çıxmışdı. Həmin dönəmdə ağır durumda olan Türkiyə məcbur olaraq “Sevr Anlaşması”nı bir sıra şərtlər daxilində imzladı. İndki Suriya və İraq ssenarisi də məhz həmin köhnə ssenarinin davamı kimi başa düşülür.

Sənaye ölkəsi olan Türkiyənin strateji mövqeyi

Düz otuz il öncə dünya səviyyəsində Türkiyə aqrar ölkə hesab olunurdu. Soyuq Savaş bitdikdən sonra, rəsmi Ankara bir sıra islahatlara üz tutdu. Tarixdə indi “Turqut Özal möcüzəsi” adlanan bu reformların sayəsində ölkədə turizm, sənaye, istehsal, idxal və ixrac, özəlləşdirmə sektoru sürətlə inkişaf etməyə başladı. Ötən 30 il ərzində ölkənin milli gəlirləri 100 milyard dollardan 800 milyard dollara qədər artmışdır. Türkiyə Balkan, Qafqaz, Orta Asiya, Ukrayna, Rusiya və Orta Doğu üzrə üfüqi şəkildə bütün regional proyektlərdə ən fəal şəkildə iştirak edən bir dövlət olaraq qəbul edilir. Bütün bunlarla yanaşı, Türkiyə ilk dəfə olaraq, təbii sərvətlərin çıxarılması, emalı və digər iri miqyaslı proyektlərdə iştirak iddiasını ortaya qoymuşdur. Bu gün dünyanın ən güclü dövlətləri sırasında (onlara böyük 20-lər ittifaqı deyilir) Türkiyənin də olması, əksər süper güclər tərəfindən dəstəklənmir. Çünki, Türkiyənin bir yandan coğrafi mövqeyi, digər yandan isə müsəlman və Türk Dünyası faktoru, Ankaranın iradəsinin daha da artması, dünyada ən yeni güc mərkəzlərindən birinə çevrilməsi kimi alternativ ortamını fövqəlgüc mərkəzləri qəbul etmək istəmir. Belə bir məqamda ölkənin daxili siyasi, etnoloji, iqtisadi, mədəni və digər sahələrində “süni çöküş” (buna idarə olunan zəlzələ effekti deyilir) planlarını tətbiq etmək üçün hərkətə keçilmişdir. Kürdlərə məxsus sosiallaşma və bu hədəfin tərkib hissəsi olan çoxgedişli kombinasiyalara uyğun şəkildə siyasi və terrorizm mənasında aktiv olan şəbəkələrin inkişafına xüsusi diqqət ayrılmaqdadır. Bu azmış kimi, erməni, arnaut, laz, çərkəz, suriyanı, rum və digər projelər də tədrici şəkildə dövriyyəyə daxil edilməkdədir. Bütün bu təşəbbüslərə baxmayaraq, Orta Doğuda baş vermiş sosial inqilablardan, yəni “Ərəb Baharı”ndan sonra, hesablanılan proqnozların heç biri özünü təsdiq etməmişdir. Bunun əksinə, Türkiyənin gözlənilmədən Əfqanıstan, Pakistan, İraq, Misir, Tunis, Liviya, Əlcəzair, Oman, İordaniya, Fələstin, Suriya və digər Orta Doğu dövlətlərində dini, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə nüfuzu daha da artmışdır. İndi tarixdə ilk dəfə olaraq, bu dövlətlərin hesabına Türkiyənin ticarət, maliyyə və iqtisadi baxımdan dövriyyəsi on dəfələrlə artmışdır. Liviya kimi neftlə zəngin olan bir ölkədə Türkiyənin neft və qaz sektorunda xüsusi payı belə vardır.

“Ərəb Baharı” sosial inqilablarının nəticəsi kimi, Türkiyə yerli xaqlarla neoimperiya siyasi dili ilə deyil, ənənəvi uzlaşma və istiqrar metoduna söykəndi. Bu da yerli toplumların ictimai və sosial mənada psixoloji durum üçün ən gərəkli vasitə rolunu oynadı. Balkan yardımasında isə ötən yüzilin 90-cı illərindən etibarən Türkiyənin ortaya qoyduğu iradə zatən yerli xalqlar üçün ən keçərli vasitəyə çevrilmişdir. İndi Makedoniya, Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina, Sloveniya, Kosovo, Çernoqoriya, Albaniya, hətta Yunanıstan, Bolqarıstan, Rumıniya, Molodva və Güney Kiprin gəlir mənbələri sırasında Türkiyə ilə uzlaşan iqtisadi əlaqələrin sayəsində formalaşmağa başlamışdır. Türkiyə ilə sınır bölgəsi olan Qafqaz dövlətlərinin dünya ilə təmaslarında Ankaranın rolunun nə qədər vacib olduğu artıq danılmaz bir həqiqət kimi qəbul edilir. Ermənistan və erməni diasporunun Türkiyə və Azərbaycana, eləcə də Gürcüstana qarşı apardıqları çoxillik siyasi fəaliyyətlər də tədricən iflasa uğramaqdadır. Belə ki, gürcülər ermənilərin 1918-1920 və 1991-1993-cü illərdə əldə silah Gürcüstana qarşı apardıqları soyqırımları elə asanlıqla unudan xlaq olmadıqlarını hər dəfə onlara xatırladırlar. Xarici güclərin təsir vasitəsi və ümumxristian təşəbbüsləri də gürcü-erməni münasibətlərinin inkişafına mane olmamaqdadır. Türkiyə, Gürcüstan və Azərbaycanın strateji mənada uyğun siyasətə üz tutması Ermənistanın tamamilə təklənməsinə səbəb olmuşdur. Bir sözlə Türkiyə özünün coğrafi sərhədləri çevrəsində ən böyük və güclü rola malik bir dövlət olaraq artıq qəbul edilməkdədir.

Suriyadakı vətəndaş savaşından sonrakı Türkiyə

Quzey İraqda “kürd milli muxtariyyəti”ni yaradan güclər həmin ssenarini Suriyada təkrar etmək üçün yeni hədəflər ortaya qoymuşlar. 20 milyonluq əhalisi olan Suriyada kürdlərin ümumi sayı 1.5 milyon nəfərdir. Onlar əsasən Qamışlı, Hələb, Kobani, Əmudə, Dərrikə, Xemko və digər iri şəhərlər də və onların ətrafında yaşayırlar. BOP planını həyata keçirmək istəyən iri dövlətlər İraq və Suriyadakı “kürd muxtariyyəti” planı əsasında neft və qaz kəmərini birbaşa Ağ dənizə çıxarmaqla bu iki dövlətin bütün enerji qaynaqlarını tam şəkildə öz nəzarətlərinə almağı strateji hədəf olaraq görürlər. Çünki, Suriya və İraqın enerji qaynaqlarına sahib çıxmaq, həm də Orta Doğunu idarə etmək deməkdir. Daha sonra Liviyanın enerji mənbələrini ümumi neft və qaz kəmərinə tabe etdirməklə faktiki olaraq Orta Doğunun əbədi sahibi olmaq BOP planının əsas planı da hesab olunur. Suriyada beş milyon nəfər əhaliyə malik türkmanların torpaqları üzərində “Kürd Milli Muxtariyyəti”nin yaradılması üçün, artıq Qərb dövlətlərinin statistik rəqəmlərində türkmanlar inkar olunmaqda və onları etnik mənşə baxımından “kürd” kimi qeydiyyata almaq üçün təbliğatlara belə başlanılmışdır. Hal-hazırda “İraq ssenarisi”ndə olduğu kimi, “Suriya ssenarisi”ni həyata keçirmək üçün, yenidən Türkiyənin daxilində “kürdlərin aktiv şəkildə hücum” planları həyata keçirilməkdədir. Türkiyənin müxtəlif bölgələrinə səpələnmiş kürdlərdən ibarət çoxsaylı sosial şəbəkələr yaratmaqla, onları ölkənin daxili siyasətinin əsas mövzusuna çevirməklə, ən azından “Suriya kartı”nın unutdurulması taktikasına keçilmişdir. Bir tərəfdən PKK, BDP, KDP, KADEF və digər çoxsaylı kürd təşkilatlarının strateji hədəflərinin ehtiraslarına hesablanan oyun qaydaları, digər yandan isə hər gün davamlı şəkildə baş verən terror olayları bu projenin tərkib hissəsi olduğunu bir daha təsdiq edir. BOP planını həyata keçirən güclər isə xarici dəstək formasında İraq, İran və Suriya kürd təşkilatlarının konsolidasiya olunmuş halda hər gün Türkiyə sərhədlərində təhdid dolu terrorları ortaya atmaları ölkənin öz sərhədləri çərçivəsində hərəkət etməyə məcbur qalmasına səbəb olan amillrədən biri hesab olunur. Suriyada isə “Kürd Azadlıq Cəbhəsi” adı altında Bəşər Əsəd və hakim BƏSS rejiminin iflasa uğraması gününü gözləyən böyük güclər Quzey İraqdakı “Kürd Milli Muxtariyyəti” strategiyasını tətbiq etmək üçün müvafiq infrastuktiurlar qurmağa başlamışlar. Hal-hazırda Suriyada yaşanılan vətəndaş savaşı sonrası ölkənin yenidən qurulması üçün ən azından 20-25 il vaxt tələb olunacaq. Məhz bu müddət ərzində “kürd zolağı” adı altında Orta Doğunun enerji resurslarının BOP üzvü olan ölkələrin neokolonial siyasətinə uyğun istismar edilməsi Türkiyənin mövqeyinin sarsıdılmasına hesablanmışdır. Bütün bunlar azmış kimi, “Birləşmiş Kürdüstan” projesini tətbiq etmək üçün planlar hazırlanmaqdadır. Azərbaycan və Orta Asiya dövlətlərinin bu gün tarixi missiyalarını bir daha sübut etmək üçün Türkiyəni yalnız buraxmamaq taktikasına üz tutsalar, BOP planından Türkiyənin, həm də Türk Dünyasının daha böyük qazancla çıxa bilmək imkanları yarana bilər. Ermənistan, Tacikstan və İran adı altında irəli sürülən təhdidlər də beləcə dəf oluna bilər. Dünyada qlobal mənada böyük siyasət o zaman güclü olur ki, regional güclərin vahid strateji hədəfi mövcuddur. Türkiyənin strateji önəminin yeri buradan qaynaqlanır.

Ənvər BÖRÜSOY

Geri dön