Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hərbi hissələrdə döyüşə hazırolma üzrə məşğələlər keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Hərbi hissələrdə döyüşə hazırolma üzrə məşğələlər keçirilir

Hərbi hissələrdə döyüşə hazırolma üzrə məşğələlər keçirilir


Qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə döyüşə hazırolma üzrə tədbirlər həyata keçirilir.

Tədbirlər zamanı bölmələrin həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar məşq etdirilir.

Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, bölmələrin daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkəti də nəzərdə tutulub.

Geri dön