Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük məsələsinə fevralın 5-də baxacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük məsələsinə fevralın 5-də baxacaq

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük məsələsinə fevralın 5-də baxacaq


Macarıstan parlamenti İsveçin NATO-ya üzv qəbul olması ilə bağlı iclasını fevralın 5-nə təyin edib.

Bu barədə məlumat ölkənin qanunverici orqanının saytında yerləşdirilib. İclas yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.

Parlamentin yaz sessiyasının fevralın 26-da başlaması nəzərdə tutulurdu. Odur ki, iclas növbədənkənar keçiriləcək. Bundan əvvəl parlamentin spikeri və ölkə hökuməti ratifikasiyaya tələsməyə və deputatları fövqəladə iclasa toplamağa ehtiyac görmədiklərini bildirmişdilər.

Xatırladaq ki, Macarıstandan başqa bütün alyans ölkələri İsveçin NATO üzvlüyünə qəbul olunmasına razılıq verib.

Geri dön