Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclisin İntizam komissiyasının yeni sədri, sədr müavini və katibi seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Milli Məclisin İntizam komissiyasının yeni sədri, sədr müavini və katibi seçilib

Milli Məclisin İntizam komissiyasının yeni sədri, sədr müavini və katibi seçilib


Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, iclasa moderatorluq edən komissiyanın üzvü Səttar Möhbalıyev Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə görə, parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında İntizam komissiyasının tərkibi yenidən formalaşdırıldığını deyib. O qeyd edib ki, yeni yaradılan komissiyanın ilk iclasının gündəliyinə komissiya sədrinin, onun müavininin və komissiyanın katibinin seçilməsi məsələləri daxildir.

O, deputat Eldar İbrahimovun ötən dövrdə İntizam komissiyasına rəhbərliyini müsbət dəyərləndirib və komissiyanın sədrliyinə onun namizədliyini irəli sürüb. İntizam komissiyası sədrinin müavini vəzifəsinə deputat Fəzail Ağamalının, komissiyanın katibi vəzifəsinə deputat Nurlan Həsənovun namizədliyi təklif olunub.

Komissiya üzvləri deputat Eldar İbrahimovu İntizam komissiyasının sədri, deputat Fəzail Ağamalını İntizam komissiyası sədrinin müavini, deputat Nurlan Həsənovu komissiyanın katibi seçiblər.

İclasda iştirak edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək deputatlara təbriklərini çatdırıb, komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, deputatların etik davranış və intizam məsələləri ilə bağlı qeydlərini, fikirlərini bölüşüb.

Sonra iclasda komissiya sədri Eldar İbrahimov, komissiya sədrinin müavini Fəzail Ağamalı, üzvləri Hikmət Məmmədov və Məşhur Məmmədov komissiyanın gələcək fəaliyyəti ilə bağlı fikirlərini səsləndiriblər.

Geri dön