Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını TƏSDİQLƏDİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını TƏSDİQLƏDİ

Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını TƏSDİQLƏDİ


Çexiya vətəndaşının Azərbaycan polisi tərəfindən saxlanılmasını təsdiqləyirik.

Bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariana Vernerova deyib.

"Saxlanmaya səbəb kimi onun sərhədi qanunsuz keçməsi göstərilir. Bakıdakı səfirliyimiz Çexiya vətəndaşının konsulluq səfəri üçün icazə gözləyir və həmkarlarımız ailəsi ilə əlaqə saxlayır", - o deyib.

Xatırladaq ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb. o, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları həyata keçirir

Geri dön