Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pakistanda parlament seçkiləri keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Pakistanda parlament seçkiləri keçiriləcək

Pakistanda parlament seçkiləri keçiriləcək


Pakistanda fevralın 4-də parlament seçkiləri keçiriləcək.

44 partiya seçkilərdə iştirakını təsdiqləyib, bu partiyaların 5 mindən çox nümayəndəsi Milli Assambleyada (Pakistan parlamentinin aşağı palatası) 266 yer uğrunda mübarizə aparacaq. Daha 70 yer qadınlar və azlıqlar nümayəndələri üçün ayrılıb.

Bu dəfəki seçkilərdə 128,5 milyon insan səs verəcək.

Seçkilərdən sonra yeni parlament Pakistanın yeni baş nazirini seçmək məsuliyyətini daşıyacaq. Əgər heç bir partiya qeyd-şərtsiz səs çoxluğu əldə edə bilməsə, o zaman səsvermənin nəticələrinə əsasən ən yaxşı nəticə göstərən partiya koalisiya yaratmaq hüququ qazanacaq.

Geri dön