Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polşada NATO-nun irimiqyaslı təlimləri elan edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Polşada NATO-nun irimiqyaslı təlimləri elan edilib

Polşada NATO-nun irimiqyaslı təlimləri elan edilib


Polşada, bazar ertəsi, fevralın 12-dən hərbi texnikanın hərəkəti demək olar ki, bütün yollarda intensivləşəcək. Bu, NATO-nun son onilliklərin ən böyük hərbi təlimi olan “Steadfast Defender-24” ilə bağlıdır.

Bu barədə Polşa Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, Polşada hərbi texnikanın kolonnalarının hərəkəti təlimlər çərçivəsində həyata keçiriləcək. Beləliklə, müttəfiq qoşunlarının köçürülməsi təcrübəsi, sərhədyanı fəaliyyətlərin əlaqələndirilməsi və qəbul edən ölkələrlə əməkdaşlıq təlimi planlaşdırılır.

Geri dön