Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Seçkidə iştirak edəcəyəm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Seçkidə iştirak edəcəyəm

Fərəc Quliyev: Seçkidə iştirak edəcəyəm


Növbədənkənar prezident seçkisi bitdi. İlham Əliyev səslərin 92,12 faizini toplayaraq namizədlər arasında lider oldu.

Musavat.com-a verilən məlumatda bildirilir ki, yaxın aylar içində ölkədə yeni seçkiyə start veriləcək. Bu, parlament seçkisi olacaq. Siyasi dəhlizlərdə dolaşan referendumun isə bu il olmayacağı barədə bilgilər almışıq.

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlananda və müzakirə olunanda əksər partiyalar proporsional seçki sisteminin tətbiqini təklif edirdilər. Onlar ümid edirdilər ki, yalnız bu halda partiyaların gerçək gücü görünəcək.

Etibarlı qaynaqların Musavat.com-a verdiyi məlumata görə, referendum olmayacağı üçün Seçki Məcəlləsi də dəyişməyəcək və hər şey əvvəlki kimi qalacaq - qarışıq sistemlə deyil, seçkilər majoritar qaydada olacaq.

Belə olan halda siyasi partiyalar seçkilərdə hansı qaydada iştirak edəcəklər? Ümumiyyətlə, bu mövzuda nələr düşünür və planlayırlar?
Musavat.com bir neçə partiya sədri ilə əlaqə saxlayıb, bu şərtlərlə növbəti parlament seçkilərində iştirak edib-etməyəcəklərini öyrənməyə çalışıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə mövzunu Musavat.com-a belə şərh edib:

“Seçkinin keçirilib-keçirilməyəcəyi barədə məlumatım yoxdur. Hər bir halda yanaşmamız budur ki, biz seçkilərdə iştirak edirik. Partiyanın məqsədi hakimiyyətə gəlmək, düşüncəsini reallaşdırmaqdır. Bəzi partiyalar siyasi fəaliyyətdə iştirak etdiklərini bəyan etsələr də, seçkidə iştirak etmirlər. Biz bütün seçkilərdə iştirak etmişik və bundan sonra da iştirak edəcəyik. Növbədənkənar prezident seçkisində öz namizədimizlə iştirak etməsək də, yüzlərlə dairədə, məntəqələrdə müşahidəçilərimiz monitorinq apardı. Mən də, üzvlərimiz də sərbəst qaydada səsvermədə iştirak etdik. İstənilən seçkidə iştirak edib-etməmək barədə qərarı partiyanın Ali Məclisi qəbul edir. Seçkidə iştirak edəcəyəm. Seçkidə iştirak edəcək hər kəsə uğurlar arzu edirəm”.

Nigar HƏSƏNLİ/Musavat.com

Geri dön