Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir


2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunan hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, təhlükəsizlik qaydaları çatdırılır, onlarla sıra hazırlığı üzrə məşğələlər keçirilir.

Hərbi vəzifəlilərin yüksək kalorili və keyfiyyətli qidalarla qidalanmaları üçün hərbi hissədə hər cür şərait mövcuddur.

Təlim toplanışının növbəti günlərində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə plana uyğun olaraq müxtəlif tapşırıqlar icra ediləcək.

Geri dön