Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pakistanın iki aparıcı partiyası koalisiya hökuməti qurmaq barədə razılığa gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Pakistanın iki aparıcı partiyası koalisiya hökuməti qurmaq barədə razılığa gəlib

Pakistanın iki aparıcı partiyası koalisiya hökuməti qurmaq barədə razılığa gəlib


Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası və liderləri sabiq xarici işlər naziri Bilaval Bhutto-Zərdari və ölkənin sabiq prezidenti Asif Əli Zərdari olan Pakistan Xalq Partiyası (PPP) koalisiya hökuməti yaratmaq qərarına gəliblər.

Bu barədə "Geo TV" televiziya kanalı xəbər verib.

"Biz ölkəni böhrandan çıxarmaq üçün koalisiya hökuməti qurmaq qərarına gəldik", - deyə Asif Əli Zərdari bildirib.

Seçki komissiyasının məlumatına görə, fevralın 8-də keçirilən seçkilərdən “Pakistan Ədalət Hərəkatı” 264 yerlik parlamentdə 101 yer qazanıb. Lakin heç bir partiya hökuməti qurmaq üçün lazım olan 135 yerə sahib ola bilməyib. Şərifin partiyası isə seçkidə 75 yer qazanaraq ikinci olub.

Geri dön