Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güləşçilərimiz Avropa çempionatında 3 medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Güləşçilərimiz Avropa çempionatında 3 medal qazanıblar

Güləşçilərimiz Avropa çempionatında 3 medal qazanıblar


Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.

63 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşini 2:1 hesabı ilə üstələyərək qızıl medal əldə edib.

Rəşad Məmmədov (55 kiloqram) həlledici görüşdə moldovalı Artyom Deleanula 3:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Beka Kandelaki (130 kiloqram) norveçli Oskar Marvikə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək bürünc mükafatın sahibi olub.

İslam Abbasov (87 kiloqram) isə üçüncü yer uğrunda görüşdə ukraynalı Olimpiya, Dünya və Avropa çempionu Jan Belenyuka 1:2 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatına bir dəst medalla start verib.

Geri dön