Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəngilanda yanğın olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Zəngilanda yanğın olub

Zəngilanda yanğın olub


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonunun Cahangirbəyli kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 13 ha sahədə qamışlıq və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

Geri dön