Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Metallurgiya sənayesi məhsullarının istehsalında 50 faizə qədər artım olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Metallurgiya sənayesi məhsullarının istehsalında 50 faizə qədər artım olub

Metallurgiya sənayesi məhsullarının istehsalında 50 faizə qədər artım olub


Cari ilin yanvar ayında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 94,8 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, metallurgiya sənayesi məhsullarının istehsalında 48,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,3 faiz artım müşahidə edilib.
Həmin dövr ərzində metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 2,9 dəfə, armatur istehsalı 30,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə isə metaldan konstruksiyaların istehsalı 3,9 faiz artıb.

Geri dön