Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı bu ilə yüksək göstəricilərlə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı bu ilə yüksək göstəricilərlə başlayıb

Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı bu ilə yüksək göstəricilərlə başlayıb


2024-cü ilə Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb.

Bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
O bildirib ki, ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan enməsi, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi.

"Buna baxmayaraq, biz prosesə hazır idik. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub", - deyə M. Cabbarov əlavə edib.

Geri dön