Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğan BMT TŞ-yə Qəzza ilə bağlı çağırış edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Ərdoğan BMT TŞ-yə Qəzza ilə bağlı çağırış edib

Ərdoğan BMT TŞ-yə Qəzza ilə bağlı çağırış edib


İsrailin Qəzzaya hücumları nəticəsində 28 mindən çox fələstinli həyatını itirib, 70 minə yaxın insan isə yaralanıb.

Bu barədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdülfəttah əs-Sisi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Qəzzada atəşkəsə nail olmaq və humanitar yardımların maneəsiz çatdırılması prioritet məsələdir: “Ölkəmiz indiyədək Qəzzaya 34 min tondan çox yardım göndərib”.

Ərdoğan, həmçinin başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq ictimaiyyəti Qəzzada davam edən qətliamı dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Geri dön