Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb


Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

Yarışın son günündə +100 kiloqram çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov rusiyalı Valeriy Endovitskiyə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Millinin digər üzvlərindən bu gün mübarizəyə qoşulmuş Camal Qamzatxanov qızıl, Vüqar Talıbov (90 kiloqram) isə bürünc mükafat əldə edib.

Bununla da Azərbaycan yığması "Böyük Dəbilqə" turnirini 8 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.

Geri dön