Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə ilə Albaniya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə ilə Albaniya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatacaq

Türkiyə ilə Albaniya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Albaniyanın Baş naziri Edi Rama Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının birinci iclası, eləcə də iki ölkə arasında sazişlərin imzalanması mərasimi başa çatdıqdan sonra birgə mətbuat konfransı keçiriblər.

Bu barədə Türkiyə KİV-ə istinadən xəbər veririk.

“Biz ticarət dövriyyəmizi 2 milyard dollara çatdırmaq niyyətindəyik. İnanıram ki, özəl sektorumuzun səyləri nəticəsində qısa zamanda bu rəqəmə çatacağıq”, - deyə Ərdoğan bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə 3,5 milyard dollar investisiya ilə Albaniyada ilk beş xarici investordan biridir. 600-dən çox türk şirkəti 15 mindən çox Albaniya vətəndaşını işlə təmin edir və ölkə iqtisadiyyatına dəstək verir.

Geri dön