Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır


ABŞ fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır.

Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi bildirib.

Onun sözlərinə görə, yeni paket Aleksey Navalnının ölümü ilə əlaqədar baş verənlərə reaksiyadır.

Qeyd edək ki, fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Aleksey Navalnı gəzintidən sonra özünü pis hiss edərək demək olar ki, dərhal huşunu itirib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağırılıb.

Zəruri bütün reanimasiya tədbirləri görülüb, lakin heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.


Geri dön