Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” nağıl-tamaşasını səhnələşdirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Afişa > Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” nağıl-tamaşasını səhnələşdirəcək

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” nağıl-tamaşasını səhnələşdirəcək


Martın 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edəcək.

Dünyanın bir çox teatrlarında göstərilən Buratinonun macəraları bu dəfə Filarmoniyanın balaca aktyorlarının iştirakı ilə səhnələşdiriləcək.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Geri dön