Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan Azərbaycan üzərindən Türkiyəyə yükdaşıma müddətini azaldır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Qazaxıstan Azərbaycan üzərindən Türkiyəyə yükdaşıma müddətini azaldır

Qazaxıstan Azərbaycan üzərindən Türkiyəyə yükdaşıma müddətini azaldır


Qazaxıstan Parlamentinin Məclisi Türkiyə ilə Azərbaycan ərazisindən yükdaşıma müddətinin azaldılmasına dair sazişi ratifikasiya edib.
Sənəd Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizi limanları və “Qərbi Avropa-Qərbi Çin” beynəlxalq tranzit dəhlizindən istifadə etməklə) yük axınının artırılmasına və müvafiq olaraq Qazaxıstan və Türkiyə arasında ticarət dövriyyəsinin yaxşılaşdırılmasına yönəlib.

Müqavilənin ratifikasiyası malların tranzit müddətinin 5 günə qədər azaldılmasına kömək edəcək.

Geri dön