Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni futbolçu "Qalatasaray"a keçməkdən imtina edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Erməni futbolçu "Qalatasaray"a keçməkdən imtina edib

Erməni futbolçu "Qalatasaray"a keçməkdən imtina edib


"Lokomotiv"in və Ermənistan millisinin müdafiəçisi Nair Tiknizyan qış "transfer pəncərəsi"ndə "Qalatasaray"a keçməkdən imtina edib.

Ermənistanla Türkiyə arasında münasibətlərin gərgin olması 24 yaşlı futbolçunun bu təklifdən imtina etməsinə səbəb olub.

"Qalatasaray" sol cinah müdafiəçisini satdıqdan sonra Tiknizyanın transferini gerçəkləşdirmək istəsə də, məsələ rəsmi danışıqlara getməyib.

Erməni müdafiəçi 2021-ci ildə CSKA-dan “Lokomotiv”ə keçib. O, 82 matçda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Geri dön