Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail ordusu Qəzzadan təxliyə planını təqdim edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İsrail ordusu Qəzzadan təxliyə planını təqdim edib

İsrail ordusu Qəzzadan təxliyə planını təqdim edib


İsrail Müdafiə Qüvvələri Qəzza zolağının döyüş əməliyyatları aparılan bölgələrindən mülki əhalinin təxliyəsinə dair planı hərbi kabinetə təqdim edib.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatları aparılan rayonlardan əhalinin təxliyə planını, eləcə də gələcək operativ planı təqdim edib", - məlumatda deyilir.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Rafah ərazisində əməliyyatların HƏMAS ilə razılaşma çərçivəsində bir müddətlik təxirə salına biləcəyini qeyd edib.

Geri dön