Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Apple" öz elektrik avtomobilinin hazırlanmasını dayandırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > "Apple" öz elektrik avtomobilinin hazırlanmasını dayandırır

"Apple" öz elektrik avtomobilinin hazırlanmasını dayandırır


ABŞ-ın "Apple" şirkəti öz elektromobilini yaratmaq fikrindən imtina etmək, bu istiqamətdə bütün işləri ixtisar etmək qərarına gəlib.

Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, şirkət diqqətini süni intellekt texnologiyalarının inkişafına yönəldəcək.

Bildirilib ki, 10 ilə yaxındır üzərində işləri davam edən layihənin bağlanması barədə qərar çərşənbə axşamı şirkət daxilində bu sahədə çalışan 2 min işçi tərəfindən elan edilib.

Agentlik qeyd edib ki, elektrik avtomobilinin yaradılması üzərində işləyən "Special Projects Group"un bir çox işçisi generativ süni intellektin inkişafı bölməsinə köçürüləcək. Bu sahə şirkətdə getdikcə daha çox prioritet istiqamətə çevrilir.

Geri dön