Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Ermənistan öz boğazından danışmır, onu danışdırırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Ermənistan öz boğazından danışmır, onu danışdırırlar

Fərəc Quliyev:Ermənistan öz boğazından danışmır, onu danışdırırlar


Bu gün Berlində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşü baş tutacaq.

News365.az xəbər verir ki, bu görüşün nəticələrinin necə olacağına dair MDHP sədri, Millət Vəkili Fərəc Quliyev öz fikirlərini bildirib.

"Azərbaycanın mövqeyi və gücü var. Ermənistanın seçim imkanı yoxdur. Sərhədlərdə baş verən təxribatlar onu göstərir ki, hələ bu məsələdə maraqlı olan qüvvələr var ki, istəyirlər sülh olmasın. Ermənistan öz boğazından danışmır, onu danışdırırlar. Onun verdiyi ifadələr, ortaya qoyduğu mövqelər bir neçə auditoriyanı qane etməlidir. Hamımız, bütün cəmiyyət qəbul edir ki, Ermənistan düşmən dövlətdir. Onlar ilk fürsətdə Azərbaycana istənilən zərbəni vurmağa hazırdırlar. Bu gün ki, təxribatlar, onların ərazi iddiaları, sənədlərində başqa qanunverici aktlarında ərazi iddiaları var bizə qarşı, onun meydandakı təzahürü deyil. İddiaları gerçəkləşdirmək üçün təxribata getmir, savaç axtarmır onun təzahürü deyil. Mən hesab edirəm ki, bütün bunlar böyük geosiyasi oyunların təzahürüdür"- deyə vurğulayıb.

Geri dön