Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsulzadənin Ankaradakı məzarının abadlaşdırılmasına başlanıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Rəsulzadənin Ankaradakı məzarının abadlaşdırılmasına başlanıldı

Rəsulzadənin Ankaradakı məzarının abadlaşdırılmasına başlanıldı


Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı abadlaşdırılır.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

"Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi dövlət başçısının sərəncamını əsas tutaraq, görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.

Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur".

Geri dön