Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın etdi

“Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın etdi


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçirilib.

“Qəbələ” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 47-ci dəqiqədə Adama Diakabi açıb. Hesabda geri düşən “qırmızı-qaralar” 52-ci dəqiqədə azlıqda qalıblar. Feras Abu Akal birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 59-cu dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Cəmi 6 dəqiqə sonra Nəriman Axundzadə 3-cü topu meydan sahiblərinin qapısından keçirib. Son nöqtəni isə 80-ci dəqiqədə Marko Yankoviç qoyub.

Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmlədib. “Qəbələ” isə 15 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, bu matç Kaxaber Sxadadzenin “Qəbələ”yə baş məşqçi təyin olunduqdan sonra ilk oyunu olub.


Geri dön