Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail Qəzza zolağında yeni əməliyyata hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İsrail Qəzza zolağında yeni əməliyyata hazırlaşır

İsrail Qəzza zolağında yeni əməliyyata hazırlaşır


İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında və anklavın mərkəzi hissəsində əməliyyata hazırlaşır.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib.

O qeyd edib ki, İsrail ordusu əməliyyatın növbəti mərhələsinə keçmək üçün həm Rəfahda, həm də mərkəzi bölgələrdəki qaçqın düşərgələrində əməliyyat keçirməyə hazırlaşır.

Y.Qallant vurğulayıb ki, İsrail ordusu HƏMAS-dan əhəmiyyətli miqdarda məlumat alıb və hazırda bu məlumatlardan tunelləri və təşkilatın əsas mərkəzlərini məhv etmək üçün istifadə olunur. O, həmçinin qeyd edib ki, HƏMAS-ın yeraltı tunel sistemi ozləri üçün tələyə çevrilir.

Geri dön