Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniya kibertəhlükəsizlik sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Böyük Britaniya kibertəhlükəsizlik sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Böyük Britaniya kibertəhlükəsizlik sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır


Böyük Britaniya yaxın tərəfdaş qismində kibertəhlükəsizlik sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Böyük Britaniyanın Kibertəhlükəsizlik Sərgisində çıxışında deyib

"Azərbaycan mürəkkəb qonşuluq şəraitindədir və bilir ki, kibertəhdidlər ehtiva edən təhlükələr və onların qarşısını almaq üçün qabaqcıl metodlarla bağlı diqqətli olmalıdır. Bu cür hücumlar kritik infrastruktur yönəldikdə, iqtisadiyyatı və cəmiyyəti təhdid edərək, insanların həyatını təhlükə altında qoyur. Prezident İlham Əliyev kibertəhlükəsizliyin inkişafını ölkənin əsas prioritetlərindən birinə çevirib və Böyük Britaniya yaxın tərəfdaş qismində kibertəhlükəsizlik sahəsində təcrübəsini bölüşməyə hazırdır", - deyə səfir bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya dünyada kibertəhlükəsizlik xidmətlərinin aparıcı təminatçısıdır.

"Güclü tərəflərimiz kiberkəşfiyyat, səmərəli dövlət-özəl tərəfdaşlığı, innovasiya və startapların ekosistemi, kadrların təhsili və hazırlığına tərəfdarlıq, etibarlı normativ-hüquqi baza və kibertəhlükəsizliyə qlobal təsiri əks etdirir", - deyə o əlavə edib.

Geri dön