Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan diplomatlarının İrana qayıtması bağlı razılıq əldə olunub - İran XİN
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan diplomatlarının İrana qayıtması bağlı razılıq əldə olunub - İran XİN

Azərbaycan diplomatlarının İrana qayıtması bağlı razılıq əldə olunub - İran XİN


Azərbaycan diplomatlarının tezliklə İrana qayıtması ilə bağlı razılıq əldə olunub.

Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

Nazir qeyd edib ki, Ciddədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü zamanı İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin yekunları ilə bağlı müzakirə aparılıb:

“Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.

Qeyd edək ki, Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti ötən il yanvarın 27-də baş verən silahlı hücumdan sonra dayandırılıb, nəticədə səfirliyin 1 əməkdaşı həlak olub, daha iki əməkdaşı yaralanıb..

Bu ilin fevralında Azərbaycan səfirliyinə hücum edən terrorçu barəsində ölüm hökmü çıxarılıb.

Geri dön