Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çempionlar Liqası: "Bavariya" 1/4 finala yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Çempionlar Liqası: "Bavariya" 1/4 finala yüksəlib

Çempionlar Liqası: "Bavariya" 1/4 finala yüksəlib


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bavariya” klubunun futbolçuları İtaliyanın “Latsio” komandasını 3:0 hesabı ilə məğlub edib.

Komandanın iki qolunu Harri Keyn 38 və 66-cı dəqiqələrdə vurub. Ondan başqa, Tomas Müller də “Bavariya”nın heyətində fərqlənib (45+2).

Qarşılaşma Münhendə baş tutub. Bu komandaların ilk görüşü fevralın 14-də Romada baş tutub, o zaman “Latsio” qalib gəlib. Ümumi hesaba əsasən, "Bavariya" 1/4 finala vəsiqə qazanıb.

Geri dön