Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çempionlar Liqasında 1/8 final mərhələsinin yeni rekordu qeydə alındı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Çempionlar Liqasında 1/8 final mərhələsinin yeni rekordu qeydə alındı

Çempionlar Liqasında 1/8 final mərhələsinin yeni rekordu qeydə alındı


“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsində 100-cü qolunu vurub.

Münhen təmsilçisi “Latsio” ilə görüşdə bu göstəriciyə çatıb.

Evdəki cavab matçında 3:0 hesablı qələbə qazanan Almaniya klubunun ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi Tomas Müller olub.

“Bavariya” turnirin tarixinə 1/8 finalda 100 qol vuran ilk komanda kimi düşüb. Almaniyalılar bu rekord göstəricini 101-ə çatdırıb.

Bu qələbə ilə “Bavariya” son 13 ildə 12-ci dəfə 1/4 finala adlayıb. Münhenlilər yalnız 2018/19 mövsümündə büdrəyib. Həmin vaxt onları "Liverpul” 1/8 finalda dayandırıb – 0:0, 1:3.

Qeyd edək ki, “Bavariya” “Latsio” ilə ilk görüşdə 0:1 hesabı ilə uduzmuşdu.

Geri dön