Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağ”ın oyununa görə Bakı metropolitenində iş vaxtı uzadılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > “Qarabağ”ın oyununa görə Bakı metropolitenində iş vaxtı uzadılacaq

“Qarabağ”ın oyununa görə Bakı metropolitenində iş vaxtı uzadılacaq


UEFA Avropa Liqasında “Qarabağ” Futbol Klubunun 1/8 final oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma gecə saatlarında başa çatacağından martın 7-dən martın 8-nə keçən gecə metropolitenin bütün stansiyalarında iş vaxtı 1 saat uzadılacaq. Paytaxtımızda təşkil olunan mədəni-kütləvi tədbirlər nəzərə alınmaqla, stadiondan gecə saatlarında çıxacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq.

Bundan başqa, oyuna geniş ictimai maraq olduğundan sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiyalarda əlavə tədbirlər görüləcək. Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında tətbiq ediləcək. Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunmaqla stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.
Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Saat 24:00-dan sonra qatarlar xüsusi qrafik üzrə hərəkət edəcək. Martın 7-də gün ərzində qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət etsə də, tələbata uyğun olaraq hərəkətin nizamlanması diqqətdə saxlanılacaq.

Geri dön