Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın daha bir boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanın daha bir boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb


Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Alfonso Dominqes (92 kq) 1/32 finalda israilli Yan Zakla üz-üzə gəlib.

Dünya çempionumuz rəqibinə heç bir şans verməyib. 5:0 hesabı ilə qələbə qazanan Dominqes mərhələ adlamaqla yanaşı, Zakdan Krakov-2023-dəki məğlubiyyətin revanşını da alıb.

Olimpiya mükafatçımız 1/16 finalda ilk mərhələdən azad olan Emmaneul Reyes Pla (İspaniya) ilə qarşılaşacaq. Görüş martın 7-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi martın 3-də start götürən yarışda məğlubiyyətsiz irəliləyir. Mübarizəyə qoşulan boksçularımızdan Nicat Hüseynov (51 kq) 1/8 final, Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq), Zeynəb Rəhimova (54 kq) və Şəhla Allahverdiyeva (66 kq) 1/16 finala yüksəliblər.

Geri dön