Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlk çoxməqsədli “Gökbey” helikopterləri Türkiyə jandarmeriyasına təhvil veriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > İlk çoxməqsədli “Gökbey” helikopterləri Türkiyə jandarmeriyasına təhvil veriləcək

İlk çoxməqsədli “Gökbey” helikopterləri Türkiyə jandarmeriyasına təhvil veriləcək


Türkiyə Jandarma Qüvvələrinin komandanlığı tezliklə ölkədə istehsal edilmiş üç ədəd çoxməqsədli “T625 Gökbey” helikopterini əldə edəcək.

Türkiyədə çoxməqsədli helikopterin hazırlanması proqramı 2013-cü ildən bəri TUSAŞ şirkəti tərəfindən həyata keçirilir.

“Gökbey” prototipinin ilk uçuşu 2018-ci il sentyabrın 6-da yerinə yetirilib. Müxtəlif relyef və hava şəraitinə gecə-gündüz cavab vermə xüsusiyyətləri nəzərə alınmaqla, Ankara əyalətindəki TUSAŞ poliqonunda rotor qanadlı qurğunun sınaqları davam edir.

Tərtibatçılar, sanitariya, yük daşınması və axtarış əməliyyatları üçün nəzərdə tutulan helikopterlər də daxil olmaqla, TUSAŞ helikopterlərinin müxtəlif dizayndakı versiyalarını işləyib hazırlamağı planlaşdırırlar.

Türkiyə Mülki Aviasiya İdarəsində sertifikatlaşdırma prosesi başa çatdıqdan sonra helikopter müştərilər üçün əlçatan olacaq və tədarükün ilk ünvanı Türkiyə Jandarma Komandanlığı olacaq.

Geri dön