Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Prezidenti İraqa səfər edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə Prezidenti İraqa səfər edəcək

Türkiyə Prezidenti İraqa səfər edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək.

Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.

İraqın paytaxtı Bağdadda olan nazir müavini bildirib ki, sabah həmkarı ilə görüş keçirəcək.

"Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlərimiz olacaq, əlaqələrimizi nəzərdən keçirəcəyik. Qarşıdakı dövrdə keçiriləcək nazirlər görüşünə və prezidentimizin səfərinə hazırlıq görəcəyik", - deyə Ə.Yıldız qeyd edib.

Onun sözlərinə görə, Ərdoğanın aprel ayının sonuna qədər İraqa səfər edə bilər.

Geri dön