Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Xiaomi" ilk elektrikli avtomobilini satışa çıxaracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > "Xiaomi" ilk elektrikli avtomobilini satışa çıxaracaq

"Xiaomi" ilk elektrikli avtomobilini satışa çıxaracaq


Çinin “Xiaomi” elektronika istehsalçısı ayın sonunda ilk elektrikli avtomobilini satışa çıxaracaq.

Bunu dünyada üçüncü ən böyük mobil telefon istehsalçısı olan “Xiaomi”nin icraçı prezidenti Ley Tsün deyib.

"Xiaomi SU7”nin rəsmi təqdimatı martın 28-də baş tutacaq", - deyə “Xiaomi”nin icraçı prezidenti Ley Tsün Çinin Weibo sosial şəbəkəsində yazıb. Anons ilk dəfə dekabr ayında mətbuata göstərilən avtomobilin fotoşəkili ilə müşayiət olunub.

Bu xəbərdən sonra martın 12-də günorta saatlarında Honq Konq Fond Birjasında “Xiaomi” səhmlərinin qiyməti təxminən 10 faiz artıb.

SU7 avtomobili yerli “BAIC” zavodu tərəfindən istehsal olunur, “Xiaomi” isə avtomobil üçün proqramlar və elektron komponentlər təqdim edir. Batareyaların 800 kilometrə qədər gediş ehtiyatı var.

Geri dön