Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur

Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur


Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası monitorinq pərdəsi altında Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

“Aİ-nin Ermənistandakı müşahidə missiyası Ermənistanın sərhədlərini heç o qədər də qorumur, əksinə, monitorinq pərdəsi altında qonşu ölkələrə, təkcə Rusiyaya deyil, həm də Azərbaycana və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur”, - diplomat bildirib.

Onun sözlərinə görə, İrəvanın hazırkı kursunun davam etdirilməsi Ermənistanın suverenliyi üçün ciddi risklər yaradır.

“İrəvanın hazırkı kursunun davam etdirilməsi son nəticədə Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər, respublikanın suverenliyi üçün ciddi risklər yarada bilər, ölkənin təhlükəsizliyinin təmin edilməsinin mövcud effektiv mexanizmini tamamilə məhv edə bilər”, - deyə Zaxarova əlavə edib.


Geri dön