Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Havada toz müşahidə olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > Havada toz müşahidə olunur

Havada toz müşahidə olunur


Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.

"Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır.

Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.

Geri dön