Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hikmət Hacıyev Çinin ekologiya nazirinin müavini ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Hikmət Hacıyev Çinin ekologiya nazirinin müavini ilə görüşüb

Hikmət Hacıyev Çinin ekologiya nazirinin müavini ilə görüşüb


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb.

Bu barədə Prezidentin köməkçisi "X" hesabında bildirib.

Görüşdə COP29-la bağlı məsələlər geniş müzakirə edilib.

"COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim fəaliyyətinə və yaşıl keçidə baxışları ilə əlaqədar geniş müzakirələr aparılıb. Azərbaycanda yaşıl keçid proqramı çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib", - deyə vurğulanıb.

Geri dön