Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zədə dünya çempionunu yığmadan kənarda qoyub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Zədə dünya çempionunu yığmadan kənarda qoyub

Zədə dünya çempionunu yığmadan kənarda qoyub


Lionel Messi Argentina yığmasının mart oyunlarında iştirak etməyəcək.

Dünya çempionu zədə üzündən millinin heyətinə cəlb olunmayıb.

“İnter Mayami”də çıxış edən Lionel ABŞ Liqasının son turunda meydanı vaxtından əvvəl tərk edib. Messinin sağ ayağı əzələsində ağrılar olduğu bildirilib. Ulduz futbolçu Salvador (22 mart) və Kosta-Rika (26 mart) ilə keçiriləcək yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, Messi “İnter Mayami”nin heyətində 2024 mövsümündə 5 oyunda 5 qol vurub, 2 ötürmə verib.

Geri dön